Braziliyada koronavirusa yoluxanların sayı 526 mini ötdü


Dünya 02 İyn 2020 07:12:36 165 0

Braziliyada koronavirusa yoluxanların sayı 526 mini ötdü

Braziliyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 526 447 təşkil edir.

Braziliyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 526 447 təşkil edir.

"Report" xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinə istinadənCNN bildirib.

Qeyd edilir ki, ölkədə son bir gün ərzində koronavirusa yeni 12 247 yoluxma aşkarlanıb.

Son sutkada 623 nəfər COVID-19-dan ölüb.Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 937 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.