Tbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan var
Dünya 01 İyn 2020 22:50:31 188 0
Tbilisinin Saburtalo rayonunda yerləşən qaz doldurma məntəqələrinin birində güclü partlayış baş verib.
Tbilisinin Saburtalo rayonunda yerləşən qazdoldurma məntəqələrinin birində güclü partlayış baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, məntəqə ərazisində olan kafedə qeydə alınan partlayış yanğına səbəb olub.
Əraziyə beş yanğınsöndürən maşın cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb.
Hadisə zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Mənbə: report.az