Ermənistanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı açıqlandı


Dünya 01 İyn 2020 20:46:15 171 0

Ermənistanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı açıqlandı

Ermənistanda COVID-19-a yoluxanlardan 440-nın vəziyyəti ağır, 55-nin vəziyyəti isə daha ağırdır. Bunlardan 16 nəfər süni nəfəs aparatına qoşulub.

Ermənistanda COVID-19-a yoluxanlardan 440-nın vəziyyətiağır, 55-ninvəziyyəti isə daha ağırdır.Bunlardan 16nəfər süni nəfəs aparatına qoşulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkəninsəhiyyə naziri Arsen Torosyan bildirib.

O, hələlik bu vəziyyətin öhdəsindən gələ bilmədiklərini dilə gətirib.

Xatırladaq ki, Ermənistanda koronavirusa qarşı mübarizə çərçivəsində 16 mart - 13 iyun tarixləri ərzində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Dünənki məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 492 nəfər, ölənlərin sayı 139 nəfər, sağalanların sayı isə 3 402 nəfərdir.