Ali Sunal azərbaycanlı həyat yoldaşı və qızından yazdı


Şou-biznes 01 İyn 2020 19:34:00 172 0

Ali Sunal azərbaycanlı həyat yoldaşı və qızından yazdı

Azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə evli olan türkiyəli aktyor Ali Sunal qızının və həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, İnstaqramda bölüşdüyü şəklə "Bizim evin xanımları sizə bu həftə uğur diləyir" sözlərini yazıb.

Qeyd edək ki, sənətçi indiyədək bir neçə dəfə qızı Narinin fotosunu paylaşsa da, onun üzünü gizlədirdi.

Onu da bildirək ki, Ali Sunal "Şaban" ləqəbi ilə məşhurlaşan Kemal Sunalın oğludur. Nazlı Qurbanzadə isə azərbaycanlı biznesmen Bülənt Qurbanzadənin qızıdır.