“Maska cəriməsi 25 manata endirilsin”


Digərləri 01 İyn 2020 13:43:00 177 0

“Maska cəriməsi 25 manata endirilsin”

Maska taxmamağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə məbləği 25 manata endirilsin.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki xəbər verir ki, bu təkliflə deputat Əli Məsimli parlamentdə çıxış edib. O qeyd edib ki, tələbələr, pensiyaçılar, aztəminatlı insanlar var: "Ona görə də bu cərimənin yarıya endirilməsinə ehtiyac var. Bu günə qədər onlarca insan cərimə edilib. İnsanlar bilməlidir ki, bu cərimələrdən necə istifadə olunacaq?

Onlar bilməlidir ki, bu cərimələr pandemiyaya qarşı mübarizəyə cəlb ediləcək. Təklif edirəm ki, bu vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülsün".

Milli Məclisin komitə sədri Musa Quliyev də cərimə məbləğlərinin real olmadığını deyib: "Bu rəqəm 20-25 manat arası olmalıdır. Bilirsiniz ki, qanunu pozan adam elə pulu olmayan adamlardır. Pulu olan adam qanunu pozmur".