Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 75 nəfər koronavirusa yoluxub


Dünya 01 İyn 2020 13:59:00 154 0

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 75 nəfər koronavirusa yoluxub

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 75 nəfərə çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O bildirib ki, 750 nəfərin yaşadığı kəndin bütün sakinlərindən nümunələr götürülüb və onlardan 75-nin cavabı müsbət olub.

A.  Qamkrelidze qeyd edib ki, virusla əlaqədar kənd sakinlərindən 60 nəfər isə karantində saxlanılır.