BakıSumqayıt yolunda yeni qovşaq inşa olunacaq


Digərləri 01 İyn 2020 12:26:00 163 0

BakıSumqayıt yolunda yeni qovşaq inşa olunacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Sumqayıt yolununda avtomobil axınının qarşısını almaq üçün yeni təklif hazırlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, artıq yeni təklifin layihəsi də hazırlanıb:

"Yeni hazırladığımız təklif Binəqədi rayonun Sulutəpə qəsəbəsi ərazisindəki dairə üzərində yol qovşağının tikintisidir. Bu yol qovşağının tikintisi həmin ərazidə tıxacları aradan qaldırılmasına yardım edə bilər. Əgər təklif qəbul edilərsə, Hökməli, Müşviqabad qəsəbələri və ümumilikdə Şamaxı istiqamətinə gedən və gələn avtomobillər dairənin üzərindəki yol qovşağından keçməklə hərəkət edəcəklər".