Dağıstanda Azərbaycan vətəndaşları üçün düşərgə genişləndirilib


Dünya 01 İyn 2020 10:51:53 156 0

Dağıstanda Azərbaycan vətəndaşları üçün düşərgə genişləndirilib

Orada məskunlaşması planlaşdırılan vətəndaşlardan koronavirusla bağlı testlər götürülüb

Dağıstandakı səyyar sahə düşərgəsində sərhədlərin bağlı olması səbəbi ilə vətənə dönə bilməyən Azərbaycan vətəndaşları üçün 150 yerlik əlavə çadırlar quraşdırılıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev məlumat verib.

Məmur deyib ki, orada məskunlaşması planlaşdırılan vətəndaşlardan koronavirusla bağlı testlər götürülüb.

“Məskunlaşmaya xüsusi analizdən sonra - iyunun 1-dən başlanılacaq”, - “RİA Novosti” Rusiya FHN əməkdaşından sitat gətirib.

Daha əvvəl Rusiyadan vətənə qayıdan daha 175 Azərbaycan vətəndaşı barədəməlumat verilmişdi.