Bakıda gənc qız itkin düşdü


Digərləri 01 İyn 2020 10:47:00 253 0

Bakıda gənc qız itkin düşdü

Bakıda 19 yaşlı qız itkin düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, mayın 31-də paytaxtın Xətai rayonu, S.Vəzirov küçəsi, ev 17-də yaşayan 2001-ci il təvəllüdlü K.Fərmanlı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Bu barədə hüquq-mühafizə orqanlarına onun atası X.Fərmanov ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.