Cəhənnəmdən behiştə necə getmək olar?


Digərləri 31 May 2020 22:50:00 152 0

Cəhənnəmdən behiştə necə getmək olar?

İmam Sadiqin (ə) dostlarından biri ona deyir: "Gözəl əxlaqın tərifi necədir?".

Həzrət (ə) buyurur: "İnsanlarla mülayim rəftar edəsən və sözlərini pakizə edəsən. Qardaşını xoş üzlə qarşılayasan".

Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətimin behiştə daxil olmasına səbəb olan ən böyük şey - təqva və gözəl əxlaqdır".

İmam Əli (ə) buyurur: "Sizlərin iman cəhətdən ən kamil olanınız o kəsdir ki, əxlaqı gözəl olsun".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Gözəl əxlaq ruzini çoxaldar və dostların məhəbbətini artırar".

Həzrət  Peyğəmbər (s) buyurur: "Pis əxlaqdan çəkinin ki, bu əməl nəhayət əməl sahibini cəhənnəm atəşinə düçar edər".

Həzrət  Peyğəmbər (s) buyurur: "Ey Əli! Sənə tövsiyə verirəm, onu qoru. Əgər bu tövsiyəmi qorusan, davamlı olaraq xeyir və yaxşılıqda olarsan.