ABŞın onlarla şəhərində etirazlar davam edir


Digərləri 31 May 2020 19:24:00 140 0

ABŞın onlarla şəhərində etirazlar davam edir

Corc Floydun ölümünə etiraz olaraq ABŞ-ın onlarla şəhərində etirazlar davam edir. Bir sıra ştatlarda kommendant saatı tətbiq edilsə də, zorakılıqlar və talançılıq şənbə gecə daha çox müşahidə edilib.

Minnesota ştatının qubernatoru şənbə günü Minneapolis və Sent Pol şəhərlərində talan, yanğın və digər zorakılıq aktları ilə məşğul olan bir qrup etirazçıya müqavimət göstərmək məqsədilə Milli Qvardiyanın tam səfərbər olunmasına çağırıb.