Elektriklə işləyən nəhəng neft tankerləri tikiləcək


Digərləri 31 May 2020 19:25:00 145 0

Elektriklə işləyən nəhəng neft tankerləri tikiləcək

Yeddi yapon şirkəti sıfır emissiyalı, elektriklə işləyən nəhəng neft tankerləri inşa etmək məqsədilə konsorsium yaradıblar.

Son.az seanews.az-a istinadən bildirir ki, konsorsiuma "Asahi Tanker Co.", "Idemitsu Kosan Co.", "Exeno Yamamizu Corporation", "Mitsui O.S.K. Lines", "Tokio Marine & Nichido Fire Insurance Co.", "Tokyo Electric Power Company", "Mitsubishi Corporation" daxildir.

Plana görə, layihə üzrə ilk gəmi  2022-ci ilin mart ayında hazır olacaq. Bununla da, böyük tutumlu litium-ion batareyaları ilə təchiz edilmiş dünyanın ilk sıfır emissiyalı elektrikli tankeri istifadəyə veriləcək.