Peruda koronavirusa yoluxanların sayı 155 min nəfəri ötüb


Dünya 31 May 2020 17:36:00 162 0

Peruda koronavirusa yoluxanların sayı 155 min nəfəri ötüb

Peruda ötən sutka ərzində yeni növ koronavirusa daha 7 386 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 155 671 nəfərə çatıb.

Bildirilir ki, Peruda koronavirusa yoluxanlardan 4 371 nəfəri ölüb, 66 447 nəfəri isə sağalıb.