Belarusda koronavirusa yoluxanların sayı 42,5 mini ötdü


Dünya 31 May 2020 16:51:04 181 0

Belarusda koronavirusa yoluxanların sayı 42,5 mini ötdü

Bildirilib ki, son sutkada koronavirusdan daha 6 pasiyent ölüb.

Belarusda koronavirusa son sutkada daha 898 yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada koronavirusdan daha 6 pasiyent ölüb.

Ölkə üzrə yoluxanların ümumi sayı 42 556-ya, ölənlərin sayı isə 235-ə çatıb. 18 514 pasiyent isə koronavirusdan sağalıb.