Kənan və Sinəm Kobala 1 milyonluq təklif


Digərləri 31 May 2020 15:43:00 136 0

Kənan və Sinəm Kobala 1 milyonluq təklif

Türkiyəli aktyor Kənan İmirzalıoğlu və həyat yoldaşı Sinem Kobalın valideyn olacağı haqda xəbərlər yayıdıqdan sonra cütlüyə gələn reklam təkliflərinin sayı artıb.

Son.az axşam.az-a istinadən bildirir ki, hazırda hamiləliyinin 5-ci ayında olan Sinemə məşhur markalardan biri 1 milyon lirə (təxminən 249 min manat) qarşılığında reklam təklifi gəlib.

Bundan əlavə, Dubaydakı fondlardan biri ilə ortaq olan şirkətin Kənan İmirzalıoğlu və Sinem Kobalı öz reklamlarında çəkmək üçün xeyli əmək sərf etdikləri deyilir.