Deputat xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib


Digərləri 31 May 2020 12:23:00 166 0

Deputat xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib

Milli Məclisin deputatı Hikmət Məmmədov xaricdə təhsil alan azərbaycanlı tələbələrin iyun ayı ərzində ölkəyə gətirilməsini təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat qeyd edib ki, xaricdə tədrisin təxirə salınması ilə əlaqədar tələbə yataqxanalarının fəaliyyətini dayandırması səbəbindən tələbələr çətinliklərlə üzləşə bilərlər.

Onun sözlərinə görə, bu baxımdan tələbələrin öz hesabına çarter reysləri vasitəsilə ölkəmizə gətirilməsi məsələsi aktualdır:

"Azərbaycan Prezidentinin də mövqeyi belədir ki, vətəndaşlarımız xüsusi çarter reysləri ilə ölkəmizə gətirilsin. Düşünürəm ki, bu məsələni həll etmək lazımdır".