İndianapolisdə etirazlar zamanı bir nəfər öldü


Dünya 31 May 2020 11:30:00 133 0

İndianapolisdə etirazlar zamanı bir nəfər öldü

Afroamerikalı Corc Floydun ölümü ilə bağlı ABŞ-ın İndianapolis şəhərində davam edən etiraz aksiyası zamanı bir nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxs odlu silahdan açılan atəş nəticəsində ölüb. Daha 3 nəfər isə güllə yarası alıb.

Aksiya zamanı polis əməkdaşının yaralandığı deyilir. Həmin insidentlə bağlı araşdırma aparılır.

Bundan başqa, Denver şəhərində naməlun şəxs avtomobili polis maşınının üstünə sürüb.

Hadisə nəticəsində 3 polis əməkdaşı və bir mülki şəxs xəsarət alıb. Hadisəni törədən şəxs bölgədən uzaqlaşıb.