Qazaxıstanda 476 nəfərdə koronavirusa yoluxma qeydə alınıb


Dünya 31 May 2020 11:04:00 158 0

Qazaxıstanda 476 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 476 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, yoluxma halları Nur-Sultan (149), Almatı (117), Çimkənd (22) şəhərlərində və Karaqanda (44), Qərbi-Qazaxıstan (41), Minqistausk (31), Qızılorda (25), Kostanay (12), Atırau (12), Jambıl (7), Türküstan (6), Şərqi-Qazaxıstan (5), Almatı (4), Akmolinsk (1) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 858 nəfərə çatıb.