Tramp G7 sammitinin vaxtını dəyişdi


Dünya 31 May 2020 10:00:00 176 0

Tramp G7 sammitinin vaxtını dəyişdi

ABŞ prezidenti Donald Tramp G7 sammitinin vaxtını iyunun axırından sentyabr ayına keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Ağ Evdən qeyd ediblər ki, ABŞ prezidenti sammitə həmçinin Rusiya, Hindistan, Avstraliya və Cənubi Koreyanı da dəvət etmək niyyətindədir.

D.Trampın sözlərinə görə, G7 çox köhnəlmiş ölkələr qrupudur.