ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq olunub


Dünya 31 May 2020 07:12:35 143 0

ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq olunub

ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində afroamerikalı Corc Floyda ölümününün səbəb olduğu etirazlarla əlaqədar ölkənin azı 25 böyük şəhərində komendant saatı tətbiq edilib.

ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlarla əlaqədar ölkənin azı 25 böyük şəhərində komendant saatı tətbiq edilib.

"Report" xəbər verir ki, bu barədəCNN teleşirkəti bildirib.

CNN-in məlumatına görə, əhalinin hərəkətinə məhdudiyyət gecə saatlarında Los-Anceles və Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado), Mayami (Florida), Atlanta (Corciya), Çikaqo (İllinoys), Luisvill (Kentukki), Minneapolis və Sent-Pol (Minnesota), Roçester (Nyu-York), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Ohayo ştatı), Portlend və Yucin (Oreqon ştatı), Filadelfiya və Pitsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənub Karolina ştatı), Neşvill (Tennessi), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı), Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq edilib.