Tramp bildirib ki, NASA astronavtları özlərini əla hiss edirlər


Dünya 31 May 2020 04:57:00 169 0

Tramp bildirib ki, NASA astronavtları özlərini əla hiss edirlər

"Mən elan etməyə şadam ki, "Crew Dragon" yerətrafı orbitə çatdı və bizim astronavtlarımız özlərini əla hiss edirlər".

Donald Tramp

"Mən elan etməyə şadam ki, "Crew Dragon" yerətrafı orbitə çatdı və bizim astronavtlarımız özlərini əla hiss edirlər".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Floridada çıxış edən ABŞ prezidenti Donald Tramp deyib.

"Falcon 9" raketi orbitəgöyərtəsindəNASA astronavtları Robert Benken və Daqlas Xyorlinin olduğu "Crew Dragon" gəmisini müvəffəqiyyətlə çatdırıb. Bu gün kosmik gəminin Beynəlxalq Kosmik Stansiyaya çatması planlaşdırılır.

Start ikinci cəhddən sonra olub. Əvvəlcə uçuş mayın 27-ə planlaşdırılıb, amma əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Bu, ABŞ-ın 2011-ci ildən pilot tərəfindən idarə edilən ilk və özəl şirkət tərəfindən həyata keçirilən birinci kosmikuçuşdur.