Tarantinoya görə son 10 ilin ən yaxşı filmi hansıdır?


Digərləri 30 May 2020 18:30:00 159 0

Tarantinoya görə son 10 ilin ən yaxşı filmi hansıdır?

Hollivudun məşhur rejissoru Kventin Tarantino onun fikrincə 2010-cu illərdə çəkilmiş ən yaxşı filmi açıqlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, "The Playlist" nəşrinə açıqlama verən məşhur rejissor David Finçerin "Sosial şəbəkə" filmini ən yaxşı hesab etdiyini deyib.

"Bir zamanlar Hollivudda" filminin yaradıcısı hesab edir ki, Finçerin sözügedən ekran əsəri ən yaxşıdır: "Çünki o, bir nömrədir".

Tarantino qeyd edib ki, "Sosial şəbəkə" filminin ssenari müəllifi Aaron Sorkin öz sahəsinin ən möhtəşəm adamlarından biridir.