Ramazandan sonra necə qidalanmaq lazımdır?


Digərləri 30 May 2020 15:35:00 144 0

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Bu gün ölkəmizdə Ramazan bayramının son günüdür. Bu səbəblə 1 ay boyunca oruc tutan insanların qidalanmasında müəyyən dəyişikliklər olacaq.

Son.az Axşam.az-a istinadən orqanizmanın ziyan görməməsi üçün düzgün qidalanmağın bir neçə üsulunu təqdim edir:

Gün ərzində yemək aralarında meyvə, qatıq, süd kimi qidalardan istifadə edin. Bundan əlavə tərkibində az yağ olan yeməklər yeyin. Ramazan boyunca az su istifadə etdiyiniz üçün bədəndə suyun miqdarı azalır. Bu səbəblə bir gündə 2 və ya 2,5 litr su içməyə çalışın.

Səhər yeməyində pendir, pomidor, xiyar kimi qidalara üstünlük verin.

Gün ərzində qoz, badam, alma və bu tip ərzaqlardan 3 saat ara ilə istifadə edə bilərsiniz.