Bərdədə polis bıçaqlandı


Digərləri 30 May 2020 12:39:00 189 0

Bərdədə polis bıçaqlandı

Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.

Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Son.az