Həsən Ruhani İrandakı vəziyyətdən danışdı:


Dünya 30 May 2020 12:16:00 166 0

Həsən Ruhani İrandakı vəziyyətdən danışdı:

Tez bir zamanda koronavirusdan öncəki şəraitə qayıtmaq mümkün deyil.

Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib.

Son.az Trend-ə istinadən bildirir ki, H.Ruhaninin sözlərinə görə, vətəndaşlar 15 gün, 1 və ya 2 ay ərzində normal şəraitə qayıtmağı düşünürlər. Halbuki uzun müddətə həyat tərzini dəyişmək, həmçinin məhdudiyyətləri və virtual aləmin həyatın bir hissəsi olduğunu qəbul etmək lazımdır.

O əlavə edib ki, artıq əvvəllərdə olduğu kimi 10-20 nəfərin bir yerdə əyləşməsi mümkün deyil. Bunu aylarla unutmaq lazımdır. Toplantılar da sosial məsafə ilə olmalıdır:

"Hazırkı şərait yoluxmanın olduğu ilk aylardan (20 fevraldan -20 aprelədək) daha çətindir. Çünki həmin aylarda yoluxan şəxslərin müşahidə edilən simptomları var idi. İndi isə bəzi yoluxan şəxslərin müşahidə edilən simptomları yoxdur və virus daşıyıcılarının sayı da artmaqdadır", - Ruhani qeyd edib.

İran prezidenti bəzi vilayətlərdə yoluxma sayının azalmaqda olsa da, digərlərində vəziyyətin ağır olduğunu qeyd edib.