Səudiyyə Ərəbistanında məscidlər açılacaq


Dünya 30 May 2020 08:47:00 134 0

Səudiyyə Ərəbistanında məscidlər açılacaq

Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu barədə İslam işləri naziri Abdel Lətif bin Əbdüləziz əl-Şeyx bildirib. Məkkə və Mədinədəki İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Abdel Əziz Əl Səudun xeyir-duası ilə Mədinədəki Peyğəmbər məscidində namazlar bərpa olunur.

Nazirin sözlərinə görə, Məkkədəki Müqəddəs Ocaq istisna olmaqla, bazar günü məscidlər açılacaq. Nazir qeyd edib ki, Mədinədəki Peyğəmbər məscidi də yeni koronavirusla mübarizədən qaynaqlanan məhdudiyyətləri azaltmaq üçün bir proqram çərçivəsində dindarlar üçün qapıları açacaqdır:

"Yoxlamalar zamanı məscidlərimizin hazırlıq işlərini başa vurduğu və əla vəziyyətdə olduğunda əmin olduq".