Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb


Dünya 30 May 2020 08:32:00 130 0

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Mayın 29-da daha 8 nəfərdə koronavirus aşkarlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı rəsmi stopcov.ge saytında yer alıb. Bildirilir ki, bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 746 nəfərə çatıb. Onların 576-sı müalicə olunub, 12 nəfəri isə dünyasını dəyişib.

Hazırda Gürcüstanda 2966 nəfər karantində, 250 nəfər isə stasionar nəzarətdə saxlanılır.