Qazaxıstanda karantin məhdudiyyətləri yumşaldılır


Dünya 30 May 2020 08:23:00 126 0

Qazaxıstanda karantin məhdudiyyətləri yumşaldılır

Qazaxıstanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə qurumlararası komissiya əhalinin və dövlət qurumlarının təkliflərini nəzərə alaraq, ölkədə məhdudlaşdırıcı tədbirlərin azaldılması üçün əlavə qərarlar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanda bir sıra məktəbəqədər təhsil mərkəzləri iyunun 1-dən, kinoteatrlar iyunun 15-dən fəaliyyətini bərpa edəcək. İyunun 1-dən, həmçinin idman və mədəniyyət obyektlərinin işi (tamaşaçısız), əlavə təhsil təşkilatlarının (bir qrupda 15 nəfərdən çox olmayan), tədqiqat institutlarının və mərkəzlərinin fəaliyyəti bərpa olunacaq.

Qazaxıstan qurumlararası komissiya insanları profilaktik tədbirlərə (maskalar taxmaq, sosial məsafəni saxlamaq, təmasları azaltmaq) ciddi riayət etməyə çağırıb.