Hind okeanı dərinliklərindəki tektonik plitə parçalanıb


Digərləri 30 May 2020 08:11:00 189 0

Hind okeanı dərinliklərindəki tektonik plitə parçalanıb

Hind okeanının dərinliklərində yerləşmiş Hind-Avstraliya litosfer plitəsinin iki hissəyə bölündüyü məlum olub.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda "Geophysical Research Letters" jurnalında dərc edilmiş tədqiqatda məlumat verilir. Alimlər bu prosesi 2012-ci ildə İndoneziya ərazisində iki güclü zəlzələ baş verdikdən sonra müşahidə etməyə başlayıblar.

Tədqiqatçıların hesablamalarına görə, plitə ildə təxminən 1,7 millimetr sürətlə çatlayır. Başqa sözlə, milyon il sonra çatlamış yerin dərinliyi 1,7 kilometr təşkil edəcək.

Qeyd edək ki, Yaxın Şərqdə Ölü dənizdə mövcud olan qırılma bundan təxminən iki dəfə, Kaliforniyadakı San-Andreas qırılması isə 10 dəfə daha sürətli artır.