Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 107 mindən çox artıb
Dünya 30 May 2020 07:55:00 145 0
Dünyada yeni növ koronavirusa yoluxanların sayı sutkada 107 mindən çox artaraq 5,7 milyonu keçib. Koronavirus ilə bağlı ölənlərin sayı 4,3 mindən çox artaraq 357 mini keçib.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Məlumata əsasən, dünyada 5 701 337 yoluxma və 357 688 ölüm halı qeydə alınıb. Sutka ərzində 107 740 daha çox yoluxub, daha 4 354 nəfər ölüb.
Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 613 092 nəfər. Sutkada onların sayı 56 647 nəfər artıb. Orada ölənlərin sayı 2 800 nəfər artaraq 151 212 nəfərə çatdı. Avropada 2 102 574 yoluxma və 178 378 ölüm halı qeydə alınıb. 24 saat ərzində infeksiyaya yoluxanların sayı 22650 nəfər, ölənlərin sayı isə 1047 nəfər artıb.
Mənbə: milli.az