Dünyanın ən bahalı startapı tezliklə Feysbuk və Alphabetə rəqib olacaq


Digərləri 30 May 2020 07:11:00 165 0

Dünyanın ən bahalı startapı tezliklə Feysbuk və Alphabetə rəqib olacaq

Keçən il ByteDance şirkətinin gəliri 17 milyard dollardan çox, xalis gəliri isə 3 milyard dolları ötüb. ByteDance dünyanın ən populyar və ən bahalı startapı olan TikTok-un yaradıcısıdır.

Son.az ted.az-a istinadən bildirir ki, TikTok startapı bütün dünya üzrə 315 milyondan çox yüklənib.

TikTok gəlir baxımından YouTube, Tinder və Netflix-i qabaqlayıb. Yalnız aprel ayında onun gəliri 10 qat artıb.

ByteDance şirkətinin gəliri 17 milyard dollardan çox, xalis gəliri isə 3 milyard dolları ötdüyünü nəzərə alaraq, onun sürətlə böyüməyə davam edən və dünyanın ən bahalı startap yaradıcı adlandırmaq olar. Keçən il ByteDance gəliri 2018-ci ildəki ümumi gəlirdən iki qat çox olub.

Zhang Yiming-in rəhbərlik etdiyi ByteDance Feysbuk və Alphabet kimi Amerika nəhənglərinə güclü rəqibə çevrilir. İnstaqram 2019-cu ildə təxminən 20 milyard dollarlıq reklam gəliri əldə edib. Google şirkəti isə keçən il YouTube reklam satışının 15,1 milyard dollar əldə etdiyini bildirib.