ABŞ təyyarəsi sərhədə yaxınlaşdı


Dünya 29 May 2020 20:17:00 143 0

ABŞ təyyarəsi sərhədə yaxınlaşdı

Qərbi Aralıq dənizində ABŞ-a məxsus P-8A kəşfiyyat təyyarəsinin Suriya sərhədlərinə yaxınlaşması gərginliyə səbəb olub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, buna qarşılıq olaraq Rusiyanın Suriyada yerləşən Su-35 tipli 2 qırıcı təyyarəsi havaya qaldırılıb.

Bildirilir ki, Rusiya qırıcıları ABŞ təyyarəsinin hər iki qanadına təhlükəli şəkildə yaxınlaşıb. Havada gərginlik 1 saata kimi davam edib.

Su-35-lər ABŞ təyyarəsi bölgədən uzaqlaşdıqdan sonra geriyə qayıdıb.