Karantin zamanı bank kreditləri necə ödənilməlidir? Operativ Qərargah açıqlayır


Digərləri 29 May 2020 19:22:00 126 0

Karantin zamanı bank kreditləri necə ödənilməlidir?  Operativ Qərargah açıqlayır

Banklara kreditlərin ödənilməsi müştəri və bank arasında razılaşmadan asılıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, belə situasiya bankla müştəri arasında razılaşdırılmalıdır: "Konkret faktlarla bağlı araşdırma aparılmalıdır. Çünki Mərkəzi Bank hökumətin üzvü deyil".