Maskadan istifadə etməyənlər nə qədər cərimə olunacaq?


Digərləri 29 May 2020 18:20:00 134 0

Maskadan istifadə etməyənlər nə qədər cərimə olunacaq?

Cərimələrin miqdarı hələ dəqiqləşməyib, bununla bağlı qanun layhəsi Milli Məclisdə müzakirə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, qapalı yerlərdə karantin rejiminə nəzarət, maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq. Milli Məclis təsdiqlədikdən sonra cərimələrin miqdarı müəyyən olunacaq. Bu cərimələrdən qaçmaq mümkün olmayacaq.