İctimai nəqliyyatda və dayanacaqlarda maska taxmaq məcburi oldu


Digərləri 29 May 2020 16:38:00 165 0

İctimai nəqliyyatda və dayanacaqlarda maska taxmaq məcburi oldu

İctimai nəqliyyat və dayanacaqlarda maska taxmayanlar inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaq.

Son.az bildirir ki, bu barədə Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarında bildirilib.

Qərara əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə sosial məsafə gözlənilməli və tibbi maskadan istifadə edilməlidir.