Ali məktəblərə daha çox BU QRUPLAR üzrə sənəd verilib


Digərləri 29 May 2020 12:46:00 154 0

Ali məktəblərə daha çox BU QRUPLAR üzrə sənəd verilib

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 62 021 abituriyent elektron qaydada ərizə verib.

Son.az Trend-ə istinadən bildirir ki, onların çoxu I ixtisas qrupu üzrə sənəd verənlərdir.

Ümumilikdə indiyədək I ixtisas qrupu üzrə 26 168, II ixtisas qrupu üzrə 11 549, III ixtisas qrupu üzrə 19 732, IV ixtisas qrupu üzrə 4 572 abituriyent ərizə verib.

Bu günədək ərizə verənlərin 56 605 nəfəri Azərbaycan, 5 416 nəfəri isə rus bölməsi üzrə təhsil almaq istəyir.

V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 46 103, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 47 879 nəfər təşkil edir.