Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxub


Dünya 29 May 2020 11:44:00 150 0

Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 8 676 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 460 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 120 nəfər koronavirusdan ölüb, 5 259 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.