Dünyada koronavirus qurbanlarının sayı 350 mini ötdü


Dünya 28 May 2020 23:47:17 168 0

Dünyada koronavirus qurbanlarının sayı 350 mini ötdü

Dünyada son bir gün ərzində koronavirusa 100 mindən çox yoluxma qeydə alınıb.

Dünyada son bir gün ərzində koronavirusa 100 mindən çox yoluxma qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, bununla da dünyada COVID-19 xəstələrinin sayı 5,6 milyon nəfərə çatıb.

ÜST bildirib ki, son sutkada ayrı-ayrı ölkələrdə infeksiyaya ümumilikdə 104 505 yeni yoluxma təsdiqlənib. Bununla yanaşı, bir gün ərzində daha 4 221 insan pandemiyanın qurbanı olub.

Beləliklə, dünyada COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların ümumi sayı 5 593 631 təşkil edir. Pandemiya ərzində ayrı-ayrı ölkələrdə ümumilikdə 353 334 nəfər koronavirusdan ölüb.

Təhlükəli virusa ən çox çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 556 479nəfərin virus daşıyıcısı olmasıtəsdiqlənib. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. Köhnə qitədə 2 079 924 insan COVID-19-a yoluxub.

Koronavirus infeksiyası 2019-cu ilindekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.