Telefonlar uşaqların əl motorikasını pozur


Digərləri 28 May 2020 23:10:00 171 0

Telefonlar uşaqların əl motorikasını pozur

"Motorika" termini ilə tez-tez rastlaşmasaq da, o özündə həyatımızda mühüm rol oynayan funksiyalardan birini əks etdirir. Beyin və orqanizmin ətrafları ilə əlaqə quran və ətraflara "əmr verən" mexanizm məhz motorikaya aiddir. Kiçik yaşdan formalaşan motorika funksiyaları bir çox amillərdən aslıdır. Psixoloqların sözlərinə görə, uşaqların işlətdiyi smartfonlar və digər sensor qurğular bu mexanizmə birbaşa təsir edir.

Son.az ted.az-a istinadən bildirir ki, müasir dünya müxtəlif qurğularla doldurulur: smartfonlar, planşetlər, notbuklar... Hər uşağın əlində oxşar cihazlardan birini görmək olar. Elektron qurğular bütün oyuncaqları geridə qoyaraq yeni nəsli formalaşdırmağa davam edir.

Bəs bu faktor uşağa necə təsir edir?

Əvvəla, onun kiçik motorika funksiyaları pozulur. Məlumat üçün bildirək ki, motorikanın bir hissəsi olan "Kiçik motorika" termini barmaq və əl əzələlərinin koordinasiyalı hərəkətlərinə cavabdehdir.

Uşağın şəhadət barmağının əvəzinə tez-tez baş barmağını planşetdəki səhifələri çevirib necə istifadə etdiyini görə bilərik. Bu, yalnız sensor ekrana aid deyil. Uşaq şəhadət barmağının əvəzinə hər yerdə baş barmağından istifadə etməyə başlayır: işığı yandırıb-söndürdükdə, qapı zəngini basdıqda və s. Gələcəkdə barmaqların düzgün istifadə olunmaması uşağın qrafomotor bacarıqlarına təsir göstərə bilər ki, bu da onun məktəbə hazırlıq səviyyəsini və ümumi inkişafını ləngidə bilər.

Bundan əlavə, əl və barmaqların hərəkətlərində nizamsızlıq, əl-göz koordinasiyasında da problemlər yaranması mümkündür.

Uşaqlar smartfondakı 2D dünyanı görməyə o qədər öyrəşirlər ki, reallıqdan tamamilə uzaqlaşırlar. Onlar üçün hərəkətlərini planlaşdırmaq çətin gəlir.