Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı


Digərləri 28 May 2020 21:46:00 177 0

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 28-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 006 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 284 669 test aparılıb.