İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib


Dünya 28 May 2020 18:49:00 165 0

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib

İtaliyada "Ndrangeta" mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Kalabriya vilayət prokurorluğunun keçirdiyi əməliyyatda 500 nəfərə yaxın polis əməkdaşı iştirak edib.

Əməliyyat zamanı onlarla şəxs saxlanılıb. Bundan başqa, mafiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 11 dövlət məmuru da istintaqa cəlb olunub.

Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, Siciliya, Kampaniya, Lombardiya və digər vilayətlərdə keçirilib.