Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü


Dünya 28 May 2020 11:51:00 163 0

Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.