Ağdaşda “Xaşxaş 2020” əməliyyatı:


Digərləri 28 May 2020 11:34:00 394 0

Ağdaşda “Xaşxaş 2020” əməliyyatı:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.