Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 594 nəfərə çatıb


Dünya 28 May 2020 10:23:00 141 0

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 594 nəfərə çatıb

"Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 74 nəfər yoluxub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 594 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən sutka ərzində koronavirusdan 23 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 1 066 nəfər koronavirusdan sağalıb.