HİDROSEFALİYA beyində mayenin yığılması


Digərləri 27 May 2020 23:15:00 195 0

HİDROSEFALİYA  beyində mayenin yığılması

Son.az saglamolun.az-a istinadən neyrocərrah Bəhruz Eyvazovun yazısını təqdim edir.

Hydrosephalus "hydro" - su və "sephalus" - baş sözlərinin birləşməsindən yaranır. Ümumiyyətlə beyində həddindən artıq mayenin yığılması kimi tanınır.

Burada qeyd olunan maye baş-onurğa beyin mayesi - "serebrospinal maye"dir. Bu mayenin həcminin beyin mədəciklərində artması kəllədaxili təzyiqin yüksəlməsi və beyini sıxaraq beyinə zərər verməsinə səbəb olur.

Serebrospinal maye normada gün ərzində davamlı olaraq yaranır və geri sorulur. Bu maye beyin və onurğa beynini əhatə edir və davamlı dövriyəyə malikdir.

Serebrospinal mayenin üç əsas vəzifəsi vardır:

- beyin və onurğa beyinə gələn zərbələrin zərərli təsirindən onları qorumaq,

- beynin qidalanması və artıq maddələrinin atılmasına yardım etmək,

- beyin və onurğa beyini arasında hərəkət etməklə beyində təzyiq dəyişikliklərini tənzimləmək.

Hidrosefaliya hər yaşda görülə bilər, lakin tez-tez uşaqlar və yaşlılarda (60 yaşdan çox) baş verir. Təxminən 500 uşaqdan birində hidrosefaliya olur. Bu xəstələrin əksəriyyətində diaqnoz doğuş zamanı, doğumdan əvvəl və ya erkən körpəlikdə qoyulur. Nadir hallarda genetik xəstəliklər və ya sonradan yaranan ola bilər.

Ümumi səbəblər:

- intrakranial qanaxmalar,

- baş travması,

- beyin şişləri,

- erkən doğuma bağlı hemorragiya

- infeksiya (meningoensefalit).