Orqanizminizdə hansı hormon çatışmır? Əlamətlərlə özünüz təyin edin


Digərləri 27 May 2020 22:55:00 179 0

Orqanizminizdə hansı hormon çatışmır?  Əlamətlərlə özünüz təyin edin

Orqanzimdə hansı hormonun çatışmadığını necə müəyyən etmək olar?

Son.az medicina.az-a istinadən bildirir ki, bu sualın ən dəqiq cavabı qan analizi vasitəsilə müəyyən olunur. Amma bundan əlavə dolayı amillər də var ki, onlar vasitəsilə orqanizmdə hansı hormonun çatışmadığını müəyyən etmək mümkündür.

Qida rasionuna diqqət yetirməzdən əvvəl ilk növbədə sizin hansı hormon tipinə malik olduğunu müəyyən etməlisiniz. Belə olduqda siz hormonal fonunuzu normallaşdıraraq orqanizminizə rahatlıq verəcək.

Əsas hormonlar hansılardır?

İnsan bədənində əsas 4 hormon mövcuddur: adrenalin, xolin, seratonin və tiroksin. Adı hallarda hormonların disbalansı nəzərə çarpmır.

Hormonal tipi necə təyin etmək olar:

Birinci tip: Adrenalin

• Bir qayda olaraq, bu tipə səhərlər bir fincan qəhvə olmadan yuxudan oyana bilməyənlər daxildir. Həyəcan və stress zamanı bu insanlar davamlı olaraq nə isə yeməlidirlər. Bu qidalar içərisində əsasən də duzlu qidalar üstünlük təşkil edirlər. Bu tipə daxil olan insanlar çox tərləyirlər. Fikirlətini cəmləşdirməkdə çətinlik çəkirlər.

Nə etməli?

• Alkoqoldan, pendirdən, sirkə əlavə olunmuş və tərkibində iltihab prosesinin artıran histamin olan qidalardan imtina etmək lazımdır.

• Səhərlər qəhvəni bir fincan yaşıl çayla əvəzləyin.

• Əgər səhərlər iştahanız yoxdursa, belə ondan imtina etməyin. Çünki bu metabolizmi zəiflədir.

• Gündüzlər adi qaydada qidalanın. Naharınız ən az 3 qidadan ibarət olmalıdır.

• Şam yeməyi ilə əsasən zülal tərkibli qidadan ibarət olmalıdır.

İkinci tip: Xolin

Yaddaşları və müvazinətləri zəif olur. Bir çox hallarda qəbizlikdən, qulaqda küydən əziyyət çəkirlər. Xolin hormonu yaddaş və əhval-ruhiyyəyə cavabdehdir.

Nə etməli?