Nəyə görə bir qrup insanda allergiya olur, digərlərində yox? Alimlər açıqladı


Digərləri 27 May 2020 22:20:00 155 0

Nəyə görə bir qrup insanda allergiya olur, digərlərində yox?  Alimlər açıqladı

Allergiyası olanlar həmişə allergiyası olmayanlara həsədlə baxır. Çünki allergiya tam müalicəsi olmayan, ömür boyu insana yoldaşlıq edən, gah kəskinləşən, gah azalan bir xəstəlikdir.

Nəyə görə bəzi insanlarda heç allergiya yoxdur, bəziləri isə elə doğulandan az qala hər şeyə allergiya keçirir?

Son.az medicina.az-a istinadən bildirir ki, hər şey qanda dövr edəb antitellərin xüsusiyyətindən asılı imiş.

Harvard Universitetinin İmmunologiya mərkəzinin elmi qrupu yeni elmi tədqiqatlarını bu mövzuya həsr ediblər.

Bədəndə allergik reaksiyanın baş vermə mexanizmi əslində tibdə çox yaxşı öyrənilib. Hamı bilir ki, məsələn, araxis yedikdə qanda ona qarşı zülal molekulları - İgE hasil olmağa başlayır. Bu antitellər dərhal immun hüceyrələrlə birləşərək qanda dövr edir.

Təkrar olaraq insan həmin allergeni qəbul etdikdə və ya üz-üzə gəldikdə immun hüceyrələr İgE ilə daha çox və aktiv birləşərək, qanda çoxalır və allergiya simptomları: şişmə, qaşınma, səpki, öskürək və s. verir. Ən ekstremal hallarda isə anafilaktik şok verib xəstəni öldürə də bilər.

Amma elə insanlar var ki, onların İgE antitelləri allergenə qarşı hasil olur, qana sıçrayır, amma onlarda heç bir allergiya reaksiyası baş vermir. Alimlər bu vaxta kimi bunun mexanizmini izah edə bilmirdilər.

Məsələn, minlərlə insan var ki, bədənində araxisə allergen var, amma allergiyadan əziyyət çəkmirlər.

Eləcə də uşaqlar körpə ikən bir sıra allergenlərdən əziyyət çəkir, amma böyüdükcə simptomlar itir, halbuki qan analizi həmin allergenə qarşı antitel, yəni reaksiya olduğunu göstərib.