Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq


Dünya 27 May 2020 19:34:00 143 0

Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq

Rusiyanın paytaxtı Moskva şəhərinin əhalisinə gəzintiyə çıxmaq icazəsinin verilməsi planlaşdırılır. Lakin hələlik bu, test rejimində, xüsusi qrafik üzrə olacaq.

Son.az APA-ya istinadən bildirir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin deyib.

"Biz bunu test rejimində etməyi və müəyyən evlərdə yaşayan vətəndaşların gəzintiyə gedə biləcəyi cədvəlinin hazırlanmasını təklif edirik", - deyə Moskva meri qeyd edib.