İsraildə karantin rejimi yumşaldıldı


Dünya 27 May 2020 19:08:34 150 0

İsraildə karantin rejimi yumşaldıldı

İsraildə kafe, restoran, bar, pab, basseynlərin fəaliyyəti bərpa olub

İsraildə koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər tətbiq edilənkafe, restoran və digər ictimai iaşə obyektlərinin fəaliyyəti bərpa olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, karantin rejiminin yumşaldılmasına baxmayaraq, ictimai yerlərdə sosial məsafənin qorunması və tibbi maskadan istifadətələbi qüvvədə qalır.

Qeyd edək ki, İsraildə indiyədək 16 771 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 14 486 nəfər sağalsa da, 281 nəfər ölüb.