ABŞda son sutkada 18611 nəfər koronavirusa yoluxub, 693 nəfər ölüb


Dünya 27 May 2020 17:59:00 156 0

ABŞda son sutkada 18611 nəfər koronavirusa yoluxub, 693 nəfər ölüb

ABŞ-da son sutka ərzində 18 611 koronavirusa yoluxma halı aşkarlanıb. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Cons Hopkins Universitetindən bildirilib.

Ölənlərin sayı isə 693 nəfər olub.

Amerikada indiyə qədər 1.6 milyondan çox koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 99 mindən çoxu vəfat edib. 384 mindən çox xəstə isə sağalıb.